329712 1

ABŞ ordusunun hücumlarına cavab olaraq İranın mərkəzi hissəsindən Amerikanın bölgədəki bazalarına raketlər buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, SEPAH Hərbi Hava Qüvvələri ABŞ-ın Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq və Küveytdəki hərbi bazalarına zərbə endirib.

Xatırladaq ki, daha əvvəl İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığı da ABŞ-ni cavab zərbəsi ilə hədələyib.

Paylaş: