Ermənistan və ABŞ nümayəndə heyətləri TRIPP proqramı çərçivəsində Ermənistanın Sünik (Zəngəzur) bölgəsinə birgə səfər ediblər.
Globalinfo.az xəbər verir ki, səfərdə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmiləri ilə yanaşı, ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin siyasi planlaşdırma üzrə baş müşaviri Con Askonas da iştirak edib.
Nümayəndə heyətinin Sünikdə yerli hakimiyyət orqanlarının təmsilçiləri və bölgə sakinləri ilə görüşlər keçirməsi planlaşdırılır. Tərəflər, həmçinin Meğri ərazisində TRIPP marşrutu üçün nəzərdə tutulan hissələrə baxış keçirəcəklər.
Bildirilib ki, proqramın əsas məqsədi Azərbaycanın və Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstək verməklə yanaşı, regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir.
Tahir Turan
Globalinfo.az