WhatsApp Image 2025 12 05 at 15.21.03

Doqquz ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıblar.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Tulin Ələkbərovanın vəkili Natiq Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, Tulin Ələkbərovaya və Abbas Rəhimliyə qarşı irəli sürülən ittiham üzrə onların təqsiri sübuta yetirilmədiyindən barələrində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da xanım idmançı və tələbəsi bu gün azadlığa buraxılıblar.

Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 4-də Abşeron rayonu ərazisində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü şəxsə qarşı quldurluq cinayəti olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli şübhəli şəxs qismində saxlanılıblar.

2025-ci ilin dekabrın 6-da isə Abşeron Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Paylaş: