putin pezeskian

Bişkekdə Rusiyaİran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş keçirilib. 

Globalinfo.az xəbər verir ki, danışıqlar zamanı Putin Pezeşkiandan İranın Ali Lideri Müctəba Xameneiyə salamlarını çatdırmağı xahiş edib.

Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov, Kremlin rəsmi sözçüsü Dmitri Peskov, Putinin köməkçisi Yuriy Uşakov və digər rəsmilər iştirak edib.

Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir.

Paylaş: