Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Nazirlər regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Tərəflər Pakistan və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrini təsdiq edib, eləcə də ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliklərini ifadə ediblər. Biz həmçinin regional və beynəlxalq hadisələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – o vurğulayıb.
Deputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 met with Foreign Minister of the Republic of Azerbaijan Jeyhun Bayramov @Bayramov_Jeyhun on the sidelines of the SCO Council of Heads of State meeting in Bishkek today.
The two sides reaffirmed the… pic.twitter.com/mVasGIcu5v
— Ministry of Foreign Affairs – Pakistan (@ForeignOfficePk) September 1, 2026