images 52

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın NATO ölkələrinə hərbi müdaxilə etmək niyyətində olması ilə bağlı iddiaları növbəti dəfə rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qruşko bildirib ki, Moskvanın alyans üzvlərinə qarşı hər hansı hücum planı yoxdur və belə bir addım üçün nə səbəb, nə də zərurət mövcuddur:

“Rusiyanın NATO-ya hücum etməsinə nə ehtiyac var? Heç bir səbəb və plan yoxdur”.

O, Baltikyanı ölkələrin müstəqilliyi məsələsinə də toxunaraq, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə bu dövlətlərin müstəqilliyinin tanındığını və onların SSRİ-dən ayrıldığını xatırladıb.

Qeyd edək ki, Rusiyanın digər yüksək vəzifəli rəsmiləri də Moskvanın Avropaya qarşı müharibə hazırlamadığını dəfələrlə bildiriblər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də daha əvvəl belə bir niyyətin olmadığını açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: