ABŞ-ın ötən gecə İranın Lark adasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Globalinfo.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, hücum zamanı yaralanan şəxslərdən biri aldığı xəsarətlərdən bir neçə saat əvvəl həyatını itirib.
Bununla da, zərbə nəticəsində ölənlərin sayı üç nəfərə yüksəlib.
Məlumata əsasən, hadisə zamanı bir neçə nəfər də yaralanıb. Onların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az