mirzoyan yeni

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Ermənistan şirkətlərinin Azərbaycana məhsul satması ilə bağlı yeni məlumatların açıqlanacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Mirzoyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Azərbaycan şirkətləri artıq Ermənistan istehsalçılarından məhsul alıb. O qeyd edib ki, bu, iki ölkə arasında qarşılıqlı ticarətin formalaşması baxımından mühüm addım olacaq.

“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”, – Mirzoyan deyib.

Ermənistan XİN rəhbəri bu açıqlamanı İrəvanın Bakıdan məhsul aldığı, lakin Azərbaycanın Ermənistandan məhsul almadığı barədə səsləndirilən fikirlərə cavab olaraq verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: