Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
“Globalinfo.az” xəbər verir ki, “Araz–Naxçıvan” və “Sabah” komandaları arasında Qəbələ şəhər stadionunda oynanılan görüş Masazır klubunun minimal hesablı (1:0) qələbəsi ilə bitib.
Bu nəticədən sonra bir oyun az keçirən “Sabah” 6 xalla 3–cü, 1 xala malik Naxçıvan təmsilçisi isə 11–ci pillədə yer alıb.
Turun bağlanış oyunu isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasındadır. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürüb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.