Qazaxıstan Silahlı Qüvvələri dron hücumlarının qarşısının alınması məqsədilə hərbi təlim keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər çərçivəsində hərbi idarəetmə orqanlarının və bölmələrin genişmiqyaslı hava hücumlarının dəf edilməsinə hazırlıq səviyyəsi qiymətləndirilib.
Hərbçilər qərarların qəbuluna dəstək vermək üçün süni intellekt elementləri ilə təchiz edilmiş idarəetmə sistemlərini də sınaqdan keçiriblər.
Safura Bənnayeva
Globalinfo.az