ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Tramp bildirib ki, İran nüvə silahına sahib olsaydı, İsrailin mövcudluğu təhlükə altına düşərdi:
“Onlar sərt və ağıllı insanlardır, amma çox qəddardırlar. Əgər nüvə silahları olsaydı, İsrail yox olardı”.
ABŞ lideri əlavə edib ki, prezident vəzifəsində olmasaydı, İsrailin hazırkı vəziyyətdə mövcudluğundan danışmaq mümkün olmazdı:
“Mən prezident olmasaydım, İsrail yox olardı. İsrail deyə bir şey qalmazdı”.
Safura Bənnayeva
Globalinfo.az