peze

İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib.

Globalinfo.az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.

    Səfərin iki gün davam edəcəyi bildirilir.

    Məsud Pezeşkian ŞƏT-in dövlət başçıları sammitində çıxış edəcək.

    Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də Prezident Məsud Pezeşkianla birlikdə sammitdə iştirak etmək üçün Bişkekə yola düşüb.

    Paylaş: