162668 dsojgww541

“İlk növbədə onu deyə bilərəm ki çox məyusam. Məyusluğum Qurban Qurbanova görə deyil. Onun barəsində səsləndirilən fikirlərə görədir. Onların adına heyfslənirəm”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 12 il sonra “Qarabağ”ın avrokuboklardan kənarda qalması ilə bağlı danışarkən deyib.

Mütəxəssis Qurbanovun millidən göndərilməsini belə xatırlayıb:

Qarabağ” əlindən gələni etdi, çox çalışdılar. Rəqibləri çətin idi. Əvvəlcə “Dinamo Kiyev” sonra “Tvente”, zədələr… Bu məqamlar olduqca önəmlidir.

Dostlarla müzakirə edəndə də həmişə deyirəm ki, Qurban Qurbanovun uduzmaq limiti yoxdur. Bir oyun uduzdu millidən göndərdilər, bir mövsüm avrokubokların qrupuna düşmədi bu cür tənqidlər olur. Məntiqlə düşünsək, bu seriya 6-7ci mövsümdə qırılmalı idi. 12 il özü də fantastik göstəricidir”.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off turunda Niderlandın “Tvente” klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu səfərdə 1:0 hesablı nəticə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 hesabı ilə qələbə qazanıb.

Paylaş: