zelenskiy reu 2076192 900x506 2

İtaliyanın “Il Fatto Quotidiano” nəşri Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun İtaliyanın müdafiə naziri Guido Crosettoya müşavir təyin olunmasını sərt tənqid edib.

Globalinfo.az-ın xəbərinə görə, nəşr hesab edir ki, bu qərar İtaliyanın Ukrayna ilə bağlı siyasəti ətrafında yeni müzakirələrə səbəb ola bilər.

“Baş nazir Giorgio Meloni və Crosetto onu işə götürmək barədə nə düşünürdülər? Onlar İtaliyanı Volodimir Zelenskinin zibilxanasına çevirməyə çalışırlarmı?” – deyə “Il Fatto Quotidiano” yazıb.

Məqalədə İtaliyanın Rusiya-Ukrayna müharibəsində Kiyevin qələbəsinə ümid etməsi də “cəfəngiyat” kimi qiymətləndirilib. Nəşr, həmçinin Ukrayna hakimiyyətində korrupsiya probleminin mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, Mixaylo Fedorov iyulun 15-də Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib. Avqustun 28-də isə onun İtaliyanın müdafiə naziri Guido Crosettoya orduda innovasiyalar üzrə müşavir təyin olunduğu məlum olub.

Tahir Turan

Globalinfo.az

Paylaş: