islandiya

İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasını istəyən hökumətin təşəbbüsü referendumda dəstək qazanmayıb.

Globalinfo.az xəbər verir ki, avqustun 29-da keçirilən səsvermə üzrə səslərin hesablanması avqustun 30-da yekunlaşıb.

Nəticələrə əsasən, seçicilərin 47,2 faizi -yə üzvlük danışıqlarının yenidən başlanmasına müsbət yanaşıb. Seçicilərin 52,8 faizi isə təklifə qarşı çıxıb.

Səsvermə zamanı bülletenlərin 0,7 faizi etibarsız sayılıb. Təxminən 400 min əhalisi olan ölkədə referendumda 270 mindən çox seçici iştirak edib.

İslandiya 2009-cu ildə ölkəni ciddi şəkildə təsirləndirən maliyyə böhranından sonra Aİ-yə üzvlük üçün rəsmi müraciət etmişdi. Lakin üzvlüklə bağlı danışıqlar 2013-cü ildə avroskeptik siyasi qüvvələrin hakimiyyətə gəlməsindən sonra dayandırılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: