gence stadionu 1

Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

AFFA-dan bildirilib ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusunu alıb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksəksəviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Paylaş: