ordu muharibe 113 texnika 900x506 1

Donbasda yaşayan fin jurnalist Yanus Putkonen Avropanın bəzi ölkələrində ciddi daxili qarşıdurmaların, vətəndaş müharibələrinin baş verə biləcəyini iddia edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə hərbi müxbir Filipp Prokudinlə müsahibəsində danışıb.

Putkonenin fikrincə, Avropada mümkün qeyri-sabitliyin əsas səbəbləri sırasında iqtisadi vəziyyətin pisləşməsi və miqrasiya siyasəti dayanır. Jurnalist hesab edir ki, iqtisadi çətinliklərin dərinləşməsi cəmiyyətdə sosial gərginliyi artırmaqla yanaşı, cinayətkarlığın da yüksəlməsinə gətirib çıxara bilər.

Putkonen həmçinin genişmiqyaslı böhran və ya vətəndaş qarşıdurmaları zamanı bəzi Avropa ölkələrinin Rusiyadan dəstək istəyə biləcəyini irəli sürüb.

Jurnalistin qənaətinə görə, belə bir ssenaridə Rusiya Silahlı Qüvvələri Avropada böyük hərbi potensiala malik azsaylı ordulardan biri olaraq qala bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: