Tramp hC999dC999

Venesuela ABŞ-la 25 il müddətinə nəzərdə tutulan və ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirməsi gözlənilən yeni neft sazişi imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriguez məlumat yayıb.

O bildirib ki, yeni layihə çərçivəsində gündəlik neft hasilatının 1,5 milyon barrelə çatdırılması planlaşdırılır.

Razılaşmanın reallaşacağı təqdirdə Venesuelanın layihədən 209 milyard dollardan artıq gəlir əldə edəcəyi gözlənilir. Müqavilənin müddətinin 25 il olduğu bildirilib.

ABŞ Prezidenti Donald Tramp isə iki ölkə arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirib. O, sazişi “dünya tarixinin ən böyük neft anlaşması” adlandırıb.

Yeni müqavilənin Venesuelanın neft hasilatı imkanlarının genişləndirilməsinə və ölkə iqtisadiyyatına əhəmiyyətli maliyyə vəsaitinin cəlb olunmasına hesablandığı bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: