Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, sabiq müdafiə nazirinin müavini general-polkovnik Kərəm Mustafayev avqustun 16-da toyu olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidovaya hədiyyə göndərib.
Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, Kərəm Mustafayev bəzi ciddi səbəblərə görə toyda iştirak edə bilmədiyini və buna görə təəssüfləndiyini qeyd edib.
Qeyd edək ki, şəhid qızı Əzizə xanım 2026-cı il avqustun 16-da Nicat adlı bəylə ailə həyatı qurub. Onun toy mərasimində generallar da iştirak ediblər.
Xatırladaq ki, general-polkovnik Kərəm Mustafayev 2024-cü ildə vəzifəsindən azad olunub.