Sabiq sədr Özgür Özəlin rəhbəri olduğu müddət ərzində CHP-yə məxsus 250 avtomobil yox çıxıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Barış Yarkadaş çıxış edib.
“Özəldən sonra həmin avtomobillər partiyaya təhvil verilməyib. Hətta partiyaya məxsus sərnişin avtobusunun maşın qəbiristanlığında olduğunu əks etdirən görüntülər də var”.
Qeyd edək ki, daha əvvəl CHP sədri Kamal Kılıçdaroğlu Mərkəzi İcraiyyə Komitəsinə partiyanın talan edilmiş əmlaklarının tapılması ilə bağlı göstəriş verib.