pit heqset 900x600 1

Pentaqon rəhbəri Pit Heqset “NBC News”un 2028-ci il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğu barədə xəbərlərini təkzib etdi.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Heqset bu barədə öz “X” hesabında məlumat verib.

    “Bu, tamamilə yalandır. Biz bunu NBC-yə dedik, amma onlar yalnız anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə vəzifəm Müdafiə Nazirliyini yenidən möhtəşəm etməkdir”, – Heqset yazıb.

    Qeyd edək ki, “NBC News” mənbələrə istinadən Heqsetin 2028-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini yaxın ətrafı ilə müzakirə etdiyi haqda məlumat yayıb.

    Paylaş: