ABŞ administrasiyası İsrailə Suriya və İranla bağlı hərbi gərginliyin daha da artırılmaması barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, “Al Arabiya” bu barədə adının açıqlanasını istəməyən mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İsraildən Suriya ərazisində yeni qarşıdurmaya yol aça biləcək addımlardan uzaq durmağı və Dəməşqlə əldə olunan razılaşmalara riayət etməyi tələb edib.
ABŞ administrasiyası regionda yeni cəbhələrin yaranmasından və mövcud münaqişələrin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsindən narahatdır. Xüsusilə Qəzza və Livanda gərginliyin davam etdiyi bir vaxtda Vaşinqton İsrailin əlavə hərbi əməliyyatlara başlamasını istəmir.
Mənbələrin bildirdiyinə görə, İsrail isə ABŞ tərəfinə Qəzza və Livanda zərbələri tam dayandırmayacağını, əməliyyatların “dövri və məhdud” xarakter daşıyacağını çatdırıb.
Bundan başqa, ABŞ Prezidenti Donald Trampın administrasiyasının İsrailə İranla bağlı da xəbərdarlıq etdiyi qeyd olunur. Vaşinqton Tel-Əvivdən İran ərazisinə birtərəfli hərbi zərbələr endirməkdən çəkinməyi tələb edib.
Tahir Turan
Globalinfo.az