“Qarabağ” hücum xəttində problemlərlə üzləşib.
Globalinfo.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə cavab matçından sonra deyib.
O, komandanın mübarizə apardığını bildirib:
“Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız vardı. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük.
Rəqibi təbrik edirəm. İrəliyə daha yaxşı baxmalıyıq. Futbolçulara heç nə demədim. Möhtəşəm dəstək gördük. Azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.