Laçın rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Manafov Niftalı Möhübbət oğlu Bakı şəhərində qardaşının evində dünyasını dəyişib.
Məlumata görə, Laçın rayonunun Xaçınyalı kəndindən olan Niftalı Manafovun ölümünə beyin insultu səbəb olub.
Faktla bağlı araşdırma aparılır.