Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində dünya futbolunun ən nəhəng komandalarından biri ilə – İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq.
Globalinfo.az xəbər verir ki, 1899-cu ildə yaradılan Kataloniya təmsilçisi Avropanın ən titullu klublarından hesab olunur. “Barselona” 5 dəfə Çempionlar Liqasının qalibi olub. Klubun həmçinin 29 La Liqa və 32 İspaniya Kuboku çempionluğu var. Komanda sonuncu dəfə 2025/26 mövsümündə İspaniya çempionu olub.
“Barselona”nın heyətində dünya futbolunun tanınmış simaları yer alır. Klub son illərdə xüsusilə gənc ulduz Lamin Yamalın yüksəlişi ilə diqqət çəkir. Bundan başqa, heyətdə Rafinya, Rodri, Qavi, Adayemi, Olmo kimi təhlükəli futbolçular var.
“Transfermarkt”ın məlumatına əsasən, “Barselona”nın heyətinin ümumi bazar dəyəri 1 milyard avronu ötür və komanda dünyanın ən bahalı futbol kollektivləri sırasında yer alır.
Beləliklə, “Sabah” Çempionlar Liqasında həm tarixi və titulları, həm də heyətinin milyardlarla avro dəyərində olması ilə seçilən “Barselona”ya qarşı mübarizə aparacaq.