Veqorts “Tvente”nin 3-cü qolunu vurdu.
***
Rəqib 90+2-ci dəqiqədə hesabı 1-2 edir. Ümumi hesab 2-2 olduğu üçün oyunda əlavə vaxt oynanılacaq.
***
“Tvente” hesabı bərabərləşdirdi.
***
“Qarabağ” Kadi ilə hesabı açdı.
***
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununda ikinci hissə başlayıb.
“Globalinfo.az”ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ“ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
*** 20:24
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Tvente” qarşılaşması başlayıb.
Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.
