t665

Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında “AzərbaycanPakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Tədbirin sonunda nümayəndə heyətlərinin iştirakı ilə xatirə fotosu çəkdirilib.

40ee5e6fe2ac4ebba39e994c85be40eb88f736ca454f82a3d7c7e8934cce436e5c8c6581e356122b92c9da6c18cfda0b

Paylaş: