serhed 1

İrandan Azərbaycana qanunsuz yolla gələn Əfqanıstan Respublikası vətəndaşları həbs olunub.

Globalinfo.az bildirir ki, Lent.az-ın məlumatına görə, 22, 23 və 21 yaşlı əfqanlar Astara rayonunda sərhəd keçid məntəqəsindən kənar ərazidən qanunsuz yolla Azərbaycana keçiblər.

Lakin onların hər biri Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.

Məlumata görə, təqsirləndirilən şəxslər aylar əvvəl Əfqanistanda Taliban hakimiyyətindən qaçaraq İranın Tehran şəhərinə gəliblər. Hətta onlardan 23 yaşlı təqsirləndirilən şəxsin atası Taliban üzvləri tərəfindən öldürülüb. Saxlanılan əfqanların ikisi qohum olub. Onlar Tehranda bir müddət işləyib yaşayıblar. İsrail-İran müharibəsi zamanı artıq orada yaşamağın təhlükəli olduğunu düşünərək, Almaniyaya getmək qərarına gəliblər. Bunun üçün Azərbaycana, buradan da bir neçə ölkəni keçərək Almaniyaya getməyi düşünüblər.

Bu fikirlə gənc əfqanlar İranın Azərbaycanla sərhəddəki Astara şəhərinə gəliblər. Gecəyarı isə “Google Maps” tətbiqi vasitəsilə Azərbaycan sərhədinə yaxınlaşıblar. Daha sonra Astara çayını keçərək, Azərbaycana gəliblər. Lakin az sonra sərhədçilərin ayıqlığı sayəsində əfqanlar saxlanılıb.

Onların hər biri ifadəsində əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə onların hər biri 1 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qərara əsasən, həmin məhkumlar cəzalarını çəkib bitirəndən sonra Azərbaycandan məcburi qaydada çıxarılmalıdır.

Paylaş: