Suriyada beynəlxalq ödəniş sistemlərinə yenidən çıxışın bərpası simvolik addımla nümayiş etdirilib.
Globalinfo.az xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şara Dəməşqdə yerləşən restoranda hesabı “Visa” kartı ilə ödəyib.
Bununla da 47 ildən sonra ölkədə beynəlxalq kart sistemlərindən istifadə yenidən mümkün olub.
Qeyd edək ki, “Visa” və “Mastercard” kimi beynəlxalq ödəniş sistemlərinin Suriyada fəaliyyətinin bərpası istiqamətində proses 2026-cı ildə sürətlənib. Suriya Mərkəzi Bankı may ayında yerli bank və elektron ödəniş şirkətlərinə beynəlxalq ödəniş sistemləri ilə işləməyə icazə verib.
Bu addım ölkənin uzunmüddətli maliyyə təcridindən sonra beynəlxalq maliyyə sisteminə inteqrasiyası istiqamətində mühüm mərhələ hesab olunur.
Safura Bənnayeva
Globalinfo.az