kurtlar vadisi 11 900x525 2

Türkiyənin tanınmış aktyoru Faruk Günuğur vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Bildirilir ki, Faruk Günuğur 78 yaşında vəfat edib. O, Türkiyə Dövlət Teatrlarının keçmiş baş direktoru vəzifəsində çalışıb.

Mərhum aktyor “Kurtlar Vadisi Pusu” və “Tek Türkiye” kimi seriallarda da rol alıb.

Məşhur aktyorun ölüm səbəbi məlum deyil.

Paylaş: