Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Donbasın statusu ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya Donbası “öz ərazisinin tərkib hissəsi hesab edir” və regionun idarə olunmasında üçüncü tərəfin iştirakını mümkün saymır:
“Donbas Rusiya Federasiyasının subyektidir və başqa bir ölkənin Rusiya regionlarının idarə edilməsinə cəlb olunması real görünmür”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl münaqişənin həlli variantlarından biri kimi Donbasda üçüncü tərəfin nəzarəti altında iqtisadi bufer zonanın yaradılmasını təklif etmişdi.
Safura Bənnayeva
Globalinfo.az