ermeni egser 900x598 1

Ermənistanın Çəmbərək şəhərindən Vahan kəndinə gedən yolda 7 hərbçinin avtomobil tərəfindən vurulmasına görə hərbi hissənin qərargah rəisi saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırmalar zamanı hərbçilərin hadisə baş verməzdən əvvəl gecə saatlarında həmin yolda niyə qaçdığı müəyyənləşdirilib.

İddiaya əsasən, əsgərlər hərbi hissənin yeməkxanasında yüksək səslə danışdıqlarından qərargah rəisi onları cəzalandırmaq üçün yol boyu qaçmağı əmr edib. Bu cəza 7 hərbçini yük maşınının vurması ilə nəticələnib. Nəticədə bir əsgər ölüb, 6-sı yaralanıb.

Hüquq-mühafizə orqanlarının araşdırması zamanı məlum olub ki, hərbçilərə verilən bu cəza qanunvericilikdə nəzərdə tutulan intizam qaydalarına ziddir.

Məlumata görə, saxlanılan qərargah rəisi barəsində həbs qətimkan tədbirinin seçiləcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: