polad bulbuloglu 9

Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, deputat bu barədə “Novoye Vremya” qəzetinə danışıb.

Sənətçi Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini deyib.

Bununla belə, media sferasında Polad Bülbüloğlunun həqiqətən də yenidən evləndiyi barədə iddiaların gerçək olduğu yazılır.

Qeyd edək ki, bir qədər əvvəl 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurması haqda məlumat yayılıb.

Paylaş: