WhatsApp Image 2025 11 17 at 11.14.34

“Ermənistan Rusiyada yeni səfərbərlik dalğası səbəbi ilə ölkəni tərk etmək istəyən vətəndaşların qəbuluna hazırdır. Belə bir vəziyyət yaranacağı təqdirdə Rusiya vətəndaşları üçün Ermənistan sərhədində əlavə yoxlamaların aparılması və onların ölkəyə giriş səbəblərinin araşdırılması planlaşdırılmır”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalına müsahibəsində bildirib.

“Rusiyalıya deyə biləcəyim yalnız budur: Ermənistana xoş gəlmisiniz. Burada hər kəsə hörmət edirik”, – Simonyan qeyd edib.

O əlavə edib ki, Rusiyadan Ermənistana gələn şəxslər ölkədə istədikləri müddət ərzində qala və özlərini hazır hiss etdikləri zaman geri qayıda bilərlər.

Qeyd edək ki, Rusiyada yeni səfərbərlik ehtimalı ilə bağlı müxtəlif məlumatlar yayılsa da, hakimiyyət bu xəbəri təkzib edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: