mehemmedeli osmanli

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin ən məşhur layihələrindən biri olan “The Ultimate Fighter 34″də yarımfinal döyüşünə çıxıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ən yüngül çəki dərəcəsində döyüşən Osmanlı yarımfinal mərhələsində ABŞ təmsilçisi Kristian Stronq ilə qarşılaşıb. Azərbaycanlı idmançı həlledici görüşdə rəqibinə nadir boğucu fənd olan “buggy choke” ilə qalib gəlib.

Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ - Döyüşün VİDEOSU

Döyüşdə ən yaddaqalan məqamlardan biri turnirdə Osmanlının baş məşqçisi olan Maykl Bispinqin həmin anda yetirməsinə fəndi buraxmağı və ayağa qalxmağa çalışmağı məsləhət görməsinə rəğmən idmançımızın inadından əl çəkməməsi və nəticədə rəqibini təslim olmağa məcbur etməsi epizodudur.

Bununla da 22 yaşlı Məhəmmədəli turnirin finalına vəsiqə qazanaraq UFC müqaviləsi uğrunda mübarizəni davam etdirəcək. Onun finaldakı rəqibi Qırğızıstanı təmsil edən İlimbek Akılbek Uulu olacaq. Final döyüşü sentyabrın 26-da Las-Veqasda baş tutacaq.

Qeyd edək ki, Məhəmmədəli Osmanlı 1/4 finalda təcrübəli Qazaxıstan təmsilçisi Artem Belakh üzərində boğucu fəndlə (submission) qələbə qazanaraq növbəti mərhələyə yüksəlmişdi.

Osmanlını finala yüksəldən döyüşünü təqdim edirik:

Paylaş: