Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək.
Globalinfo.az bildirir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:
“Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur”.
Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.
Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur.