Ermənistanın bir tərəfdən Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından yararlanması, digər tərəfdən isə Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində addımlar atması Rusiyada narazılıq doğurub.
Globalinfo.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrəvanın siyasətini tənqid edərək Ermənistan hakimiyyətini mövqeyində ardıcıl olmağa çağırıb.
“Ermənistan bu qeyri-səmimi siyasətə son qoymalıdır. Əgər ölkə Aİ-yə üzvlük niyyətini qanunvericilik səviyyəsində təsdiqləyirsə, o zaman Aİİ-nin imkanlarından niyə yararlanır? Əgər Avropa İttifaqına üzv olmaq istəyirsinizsə, buyurun, bu istiqamətdə hərəkət edin. Lakin belə olan halda sizə burada güzəştli münasibət göstərilməməlidir”, – Volodin bildirib.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqına inteqrasiyanı əsas istiqamət kimi seçərsə, Aİİ çərçivəsində ölkəyə tətbiq olunan güzəştlərin saxlanılması məsələsinə yenidən baxılmalıdır.
Safura Bənnayeva
Globalinfo.az