“Sabah“ın İsrailin “Hapoel” klubuna qarşı keçirdiyi matçda çəkilmiş bir kadr sosial şəbəkələrdə geniş müzakirə edilir.
Globalinfo.az xəbər verir ki, komandamızın polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç 90+4-cü dəqiqə vurulan qolun ötürməsini etdikdən sonra üzü üstə yerə uzanıb.
Oyun boyu meydanın hər qarışı uğrunda mübarizə aparan Puxaçın bu görüntüsü “Sabah”ın necə əzmkar qələbə qazanmasının təsviri kimi qiymətləndirilib.
Qeyd edək ki, T.Puxaç bununla Çempionlar Liqasının 8 oyununda 5-ci məhsuldar ötürməsini etdi.
O, yanvar ayında “Sabah”a qoşulub və artıq 42 oyunda 17 məhsuldar ötürmə edib!
Əliyar Xəlil
Globalinfo.az