Ermənistanın Antikorrupsiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev məlumat yayıb.
Vəkilin sözlərinə görə, Sedrak Köçəryan həbsdə olduğu müddətdə yalnız həyat yoldaşı və uşaqları ilə görüşə biləcək.