Tramp hC999dC999

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının beynəlxalq sularında mina təmizləmə əməliyyatının başa çatdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri boğazda yerləşdirilmiş bütün minaları aşkar edərək zərərsizləşdirib.

ABŞ lideri İrana xəbərdarlıq da göndərib. O bildirib ki, Hörmüz boğazında yenidən mina yerləşdirməyə cəhd göstərən istənilən gəmi dərhal məhv ediləcək.

Tramp həmçinin ABŞ Kosmik Qüvvələrinin bölgədəki vəziyyəti, o cümlədən Hörmüz boğazını, Pikaks dağı ərazisini və məhv edildiyi bildirilən üç nüvə obyektini izlədiyini deyib.

ABŞ prezidentinin sözlərinə görə, boğazda yeni minaların yerləşdirilməsinə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: