6t

Amur qaz-kimya kompleksinin ərazisindəki yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya”nın mənbəyi bildirib.

Xəsarət alanların ümumi sayı 132 nəfərə çatıb.

Hazırda Svobodnı şəhər xəstəxanasına 19 nəfər çatdırılıb.

Yaralılardan altısı ağır, daha 13-ü isə orta ağır vəziyyətdədir.

Bundan əlavə, 113 nəfər müayinə üçün xəstəxanaya çatdırılıb.(“Report”)

***14:41

Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 nəfər xəsarət alıb.

“Mash” Telegram kanalının xəbərinə görə, bir Çin vətəndaşı ölüb.

    X X X

    Amur Qaz Kimya Kompleksində baş verən yanğında bir nəfər ölüb.

    Globalinfo.az bildirir ki, hadisə nəticəsində ümumilikdə 87 nəfər təcili tibbi yardıma müraciət edib.

    İlkin məlumata görə, yanğın piroliz qurğusunda baş verib, kompleksin əsas avadanlığına zərər dəyməyib.(APA)

    Paylaş: