İsraildə “Qafqaz mafiyası”nın başçılarından biri kimi tanınan 45 yaşlı Yanis Yuşvayevin qətlə yetirildiyi anın görüntüləri yayılıb.
Globalinfo.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə Keysəriyə şəhərindəki “Acenda” kafesinin qarşısında baş verib.
Görüntülərdə Yuşvayev kafedən çıxarkən killerin ona arxadan yaxınlaşdığı, baş nahiyəsindən tapança ilə atəş açdığı və dərhal hadisə yerindən uzaqlaşdığı görünür.
Məlumata görə, qətli törədən şəxs diqqət çəkməmək üçün özünü təqaüdçü kimi göstərib.