“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin başlamasından bu günə qədər Donbasın tamamilə işğal edilməsi üçün orduya 15 dəfə vaxt verib”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutu Qərb və Ukrayna kəşfiyyatlarına istinadən məlumat yayıb.
“Reuters” yazır ki, hələ 2025-ci ilin avqust ayında ordu komandanlığı oktyabr və noyabr aylarına qədər Donetskin tamamilə ələ keçiriləcəyinə dair Putinə söz veriblər.
“Fianncial Times”in məlumatına görə, daha sonra 2026-cı ilin yazında ordu generalları bu prosesi payıza qədər ertələyiblər.
“Bloomberg” iddia edir ki, komandanlıq bu yay yeni plan açıqlayıb və Donbasın qışa qədər Rusiyanın tam nəzarətinə keçəcəyi sözü verilib.
Lakin Müharibə Araşdırmaları İnstitutu yazır ki, Rusiya ordusu hazırda Donetsk vilayətinin ərazisinin yalnız 79,89%-nə (21.170 kvadrat kilometr) nəzarət edir. Məlumata görə, Rusiya ordusu 2024-cü ilə qədər Ukrayna ərazisinin isə yalnız 0,6%-ni, ötən il isə yalnız 0,8%-ni ələ keçirə bilib. Beləliklə, Rusiya Ukrayna cəbhəsində görünməmiş şəkildə yavaş irəliləməyə əldə edə bilir.
Əliyar Xəlil
Globalinfo.az