Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 500 nəfəri keçib.
Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin açıqlamasında bildirilib.
Son rəqəmlərə görə, zəlzələ nəticəsində 6 509 nəfər ölüb, 226 696 nəfər tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.
Eyni zamanda 25 000-dən çox evə ziyan dəyib.
Zəlzələ iyunun 24-ə keçən axşam baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində 10 kilometr aralıda yerləşib.
Zəlzələdən sonra 1 500-dən çox afterşok qeydə alınıb.