WhatsApp Image 2025 01 26 at 15.55.46

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Lukaşenko Ukrayna xalqına can sağlığı və firavanlıq, ölkəyə isə sülh və xoşbəxtlik arzulayıb.

“Geosiyasi dəyişikliklərə baxmayaraq Ukrayna və Belarus xalqları həmişə bir-birilərinə bağlıdırlar. Əsrlər boyu dostluq münasibətləri və ailə əlaqələrini qoruyacaqlar. Qonaqpərvər Belarus xoş niyyətlə gələn hər bir ukraynalı üçün açıqdır. Ümid edirəm, Kiyev və Minsk hörmət və bərabərlik prinsiplərinə əsaslanan qarşılıqlı əməkdaşlığı bərpa edəcəklər”, – Lukaşenko bildirib.

Belarus liderinin təbriki Ukraynada birmənalı qarşılanmayıb və tənqid edilib. Bu ölkənin müharibədə Rusiyaya dəstək verdiyi vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: