İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, deputat Yaxın Şərqdə cərəyan edən son prosesləri şərh edərkən Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan səkkizbəndlik razılaşmanı ABŞ-ın regiondakı siyasətinin uğursuzluğunun göstəricisi kimi qiymətləndirib.
Deliqani BƏƏ-nin ABŞ-dan təhlükəsizlik təminatı əldə etmək üçün neft gəlirlərindən 9 trilyon dollar xərclədiyini iddia edib.
İranlı deputatın sözlərinə görə, yaranmış vəziyyət fonunda BƏƏ İrana dəymiş zərəri kompensasiya etməlidir. O, hətta BƏƏ-nin uzun illər ərzində bütün ərazisini İranın sərəncamına verməli ola biləcəyini də istisna etməyib.
Əliyar Xəlil
Globalinfo.az