dializ

Böyrək xəstəliyindən əziyyət çəkən 17 yaşlı şəxs xəstəxanada virusa yoluxduğunu iddia edir.

Globalinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayon sakini Təranə Məmmədova oğlu İsmayıl Ağamaliyevin Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virusa yoluxduğunu iddia edir.

Onun sözlərinə görə, oğluna 2022-ci ildə böyrək köçürülsə də, əməliyyat uğursuz olub. Hazırda oğlu iki ildir dializ müalicəsi alır.

Valideynin iddiasına görə, dializ aparatına qoşulduqdan sonra oğlunun temperaturu yüksəlib, ürəkbulanma və titrəmə başlayıb. Həmçinin digər dializ xəstələrində də eyni hal müşahidə olunub. Xəstəxanada İsmayıl Ağamaliyevə tibbi müdaxilə edilib.

Valideyn bildirib ki, oğlunun səhhəti onsuz da risk altındadır və xəstəxanada bütün lazımi analizləri veriblər.

“İndi narahatıq və qorxuruq ki, bu hal yenidən təkrarlanar”, – deyə o bildirib.

Sabunçu Tibb Mərkəzindən isə bildirilib ki, məsələ ciddi şəkildə araşdırılacaq və ailənin iddialarına cavab veriləcək.

Paylaş: