top

Misli Premyer Liqasında II tura start verilib.

Globalinfo.az”ın məlumatına görə, turun açılış matçında “Qəbələ” evdə “Şəfa”nı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə qazanıb.

“Şəfa”nın heyətində 69-cu dəqiqədə Musa Quel fərqlənib.

Qeyd edək ki, II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda “Sabah”ın “Sumqayıt“la, “Qarabağ“ın isə “Kəpəz”lə görüşləri təxirə salınıb.

Paylaş: