rusya dmitry medvedev 900x506 1

“Müasir Yaponiya və Almaniya liderləri ölkələrinin İkinci Dünya müharibəsindəki məğlubiyyətinə görə qisas almağa çalışırlar”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Rusiya tarixi ilə bağlı həqiqətlərin təhrif olunmasına, o cümlədən Almaniya və Yaponiya üzərində qələbədə Sovet xalqının həlledici rolunun inkar edilməsinə qarşı mübarizəni davam etdirəcəyik. Bu iki ölkənin liderlərinin necə davrandığına baxın. Onlar qisas almaq istəyirlər”, – Medvedev bildirib. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: