cc0a30ee b9cf 4438 a7f5 529329149cb1

Azərbaycanda özbaşına tikililərə nəzarət sistemi elektronlaşdırılır.

Globalinfo.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı hazırlanan “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşü zamanı müzakirə olunub.

Tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırımasına dair növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarı ilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.

5e81b318 5ab0 4db0 bbe4 4c4b43134936 e8113277 4da5 4d68 9723 1e62e034d307 e770d60a 0240 4fd1 83e9 d0b566b8b698 514483ae 8ef2 495a 8794 73485c6bfdab bb4a73b7 88d1 471d 8450 c4d36e29bce0

Paylaş: